Reklam resmi
Reklam resmi

2-ci tip diabet üçün yeni dərmanlar tövsiyə olunur

2-ci tip diabet üçün yeni dərmanlar tövsiyə olunur
Sağlamlıq
714

İngiltərə, Uels və Şimali İrlandiyada 2-ci tip diabetli xəstələrin müalicəsi daha fərdiləşdirilmiş yanaşma ilə aparılacaq. Milli Sağlamlıq və Baxım Mükəmməlliyi İnstitutu (NICE) bildirib ki, milyonlarla insana yeni dərmanlara, o cümlədən arıqlamağa kömək edən preparatlara çıxış imkanı verilə bilər.

Ajans.az BBC-ə istiandən xəbər verir ki,mütəxəssislər bu qərarı son on ildə diabet müalicəsində “ən böyük dönüş nöqtəsi” adlandırır. NICE hesab edir ki, dərmanların daha geniş tətbiqi ürək-damar xəstəlikləri, insult və böyrək zədələnməsi kimi ağır fəsadların qarşısını ala, NHS-in xərclərini azalda və minlərlə insanın həyatını xilas edə bilər.

Hazırda Böyük Britaniyada 4,6 milyon nəfərə diabet diaqnozu qoyulub, onların 90%-i 2-ci tipdir. Daha 1,3 milyon nəfərdə isə xəstəliyin diaqnozsuz olduğu güman edilir.

Yeni təlimata görə, ürəyi və böyrəkləri qoruyan, həmçinin qan şəkərini aşağı salan SGLT-2 inhibitorları bütün 2-ci tip diabet xəstələri üçün əsas müalicə variantına çevrilməlidir. Təxminən 2,3 milyon insan bu dərmanlardan faydalana bilər. Hesablamalara görə, onların geniş istifadəsi 22 minə qədər insanın həyatını xilas edə bilər.

Bununla yanaşı, semaqlutid və liraqlutid kimi GLP-1 agonistləri də daha çox xəstəyə təklif ediləcək. Bu preparatlar qan şəkərini tənzimləməklə yanaşı, artıq çəki problemi yaşayanlara arıqlamaqda da kömək edir. Onlar xüsusilə ürək-damar xəstəliyi olanlar və gənc yaşda 2-ci tip diabet inkişaf etdirənlər üçün nəzərdə tutulub.

NICE-in baş icraçı müavini, professor Conatan Benqer bildirib: “Yenilənmiş təlimat 2-ci tip diabetin müalicəsində əhəmiyyətli bir təkamüldür. Bu addım sayəsində infarkt, insult və digər ciddi fəsadların qarşısını daha erkən mərhələdə almaq mümkün olacaq.”

Diabetes UK xeyriyyə təşkilatı da dəyişiklikləri alqışlayaraq bunun müalicəni “21-ci əsrə daşıdığını” vurğulayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İngiltərə İrlandiya 2-ci tip diabet

Digər Xəbərlər