Reklam resmi
Reklam resmi

Gəncədə yeniyetmənin ölümü ilə bağlı PROKURORLUQ MƏLUMAT YAYIB

Gəncədə yeniyetmənin ölümü ilə bağlı PROKURORLUQ MƏLUMAT YAYIB
Kriminal

Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi faktı üzrə cinayət işi başlanıb

Prokurorluqdan Ajans.az-a bildirilib ki,  avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan R.B-nin (şərti) șəhərin Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

 Hazırda ibtidai istintaq davam edir.

Mövzular:
Yeniyetmə Ölüm Prokurorluq Məlumat

Digər Xəbərlər