Reklam resmi
Reklam resmi

Bakıda qadın 46 yaşlı sevgilisini öldürdü

Bakıda qadın 46 yaşlı sevgilisini öldürdü
Kriminal

Bakıda qadın kişini qətlə yetirib.

Ajans.az xəbər verir ki, hadisə gecə saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

Mövzular:
polis qadın qətl sevgili ölüm

Digər Xəbərlər