Reklam resmi
Reklam resmi

Rusiyada yaşayan bu əcnəbilərə yeni MƏHDUDİYYƏTLƏR...

Rusiyada yaşayan bu əcnəbilərə yeni MƏHDUDİYYƏTLƏR...
Gündəm

Bu il sentyabrın 1-dən etibarən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlar üçün yeni məhdudiyyətlər qüvvəyə minəcək.

Ajans.az “Ura.ru” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı regionun qubernatoru Dmitriy Artyuxov sakinlərlə görüşündə açıqlayıb.

Onun sözlərinə görə, həmin tarixdən patent əsasında çalışan işçi miqrantlara topdan və pərakəndə ticarət, nəqliyyat vasitələrinin və motosikletlərin təmiri sahələrində işləmək qadağan ediləcək. 

Qubernator əlavə edib ki, bununla belə, miqrantlara inşaatda işləməyə icazə veriləcək.

Mövzular:
Yamalo-Nenets Muxtar Dairəsi Azərbaycan Tacikistan Özbəkistan

Digər Xəbərlər