Reklam resmi
Reklam resmi

Bloger-jurnalist İlhami Nəsibov həbs edilib

Bloger-jurnalist İlhami Nəsibov həbs edilib
Kriminal

Ağdam rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub.

Ajans.az Report-a istinadən xəbər verir ki, özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Mövzular:
Ağdam Bloger-jurnalist İlhami Nəsibov

Digər Xəbərlər