Rəqsanə “Rüşvət vermə” maddələri ilə də ittiham olunubmuş
Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova həbs olunub. O, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Ajans.az xəbər verir ki, müğənni barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Bu R. İsmayılovanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı ilk hal deyil. Belə ki, 2024-cü ilin aprel ayında Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılmışdı. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunub. \ unikal.az
Mövzular: