Cəlilabadda qadını qətlə yetirən qaynı SAXLANILDI
Avqustun 16-da saat 4 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Rəviyyə Əliheydər qızı Nərimanovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Ajans.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Münaqişə zəminində cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Təhmasib Tərixan oğlu Əliyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır. /axar.az
Mövzular: