Reklam resmi
Reklam resmi

İran azərbaycanlı sürücüləri blokadaya aldı

İran azərbaycanlı sürücüləri blokadaya aldı
Gündəm
482

İran hakimiyyəti, Azərbaycan, Ermənistan və ABŞ arasında Vaşinqtonda imzalanan üçtərəfli bəyannaməyə etiraz olaraq Naxçıvandan Bakıya yük daşıyan azərbaycanlı sürücülərə təzyiqləri gücləndirib

Ajans.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, Naxçıvandan İrana daxil olan sürücülər Azərbaycana buraxılmazdan əvvəl tozlu və quraq ərazilərdə günlərlə yeməksiz, susuz gözləmək məcburiyyətində qalırlar.

Sürücülərdən biri vəziyyəti belə təsvir edib:

“Burada nə yemək var, nə də su. Nə isə almaq üçün kilometrlərlə piyada getmək lazımdır. Hətta tualet də yoxdur. Bizə heyvan kimi yanaşırlar.”

Onların sözlərinə görə, İran rəsmiləri narazılıq edən sürücülərə “Bəyənmirsinizsə, ‘Tramp marşrutundan’ istifadə edin” cavabını verirlər.

Xatırladaq ki, 8 avqustda imzalanan bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında “Tramp marşrutu” — Zəngəzur dəhlizinin yaradılması nəzərdə tutulur. Tehran isə bu təşəbbüsə qarşı çıxacağını əvvəldən bəyan edib.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Azərbaycan Ermənistan ABŞ

Digər Xəbərlər