Reklam resmi
Reklam resmi

Məhşur pop ulduzu hücum ittihamı ilə məhkum edildi

Məhşur pop ulduzu hücum ittihamı ilə məhkum edildi
Şou Biznes

Yapon pop qrupu ONE N’ ONLY-nin keçmiş üzvü Kenshin Kamimura Honq-Konq məhkəməsində qadın tərcüməçiyə qarşı nalayiq hücum ittihamı ilə təqsirli bilinib.

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, Kamimura mart ayında restoranda bayram yeməyi zamanı tərcüməçinin ayaqına bir neçə dəfə toxunub. Tərcüməçi ifadəsində Kamimuranın onu başqa yerə dəvət etməyə çalışdığını bildirib. Müdafiə tərəfi iddiaları şişirdilmiş sayıb.

Hakim Peter Yu hökmündə, Kamimuranın hərəkətlərinin cinsi çalar daşıyan və nalayiq niyyətli olduğunu bildirib. Pop ulduza 15 000 Honq-Konq dolları (təxminən 1 900 ABŞ dolları) cərimə və həbs cəzası kəsilib. İttiham üçün maksimum cəza 10 il həbsdir.

Hökm zamanı Kamimuranın pərəstişkarları məhkəmə zalında emosional anlar yaşayıb. Məhkəməyə Yaponiya və Çinin materikindən bir çox izləyici də qatılıb.

Kamimura həmçinin J-pop musiqisi ilə yanaşı, “Bizim Gənclik” və “Ossan’ın Sevgisi Qayıtır” kimi televiziya dramlarında da rol alıb.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ONE N’ ONLY Yaponiya

Digər Xəbərlər