Saatlıda qadın faciəvi şəkildə öldü
Saatlıda 52 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.
Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində qeydə alınıb.
Kənd sakini 1973-cü il təvəllüdlü Validə Abışovanı soyuducunu elektrik şəbəkəsinə qoşarkən cərəyan vurub.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: