Reklam resmi
Reklam resmi

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ

Qardaş qardaşı ov tüfəngi ilə QƏTLƏ YETİRDİ
Hadisə
588

Avqustun 12-də Laçın rayonunda qətl hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, Laçında toylarda müğənni kimi tanınan Səfər Quliyev ov tüfəngi ilə öldürülüb.

Hadisə rayonun Fingə kəndində baş verib.

Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
qətl cinayət Azərbaycan ov tüfəngi Laçın

Digər Xəbərlər