Reklam resmi
Reklam resmi

"BakuBus" avtobusunda HƏYƏCANLI ANLAR

\"BakuBus\" avtobusunda HƏYƏCANLI ANLAR
Hadisə

Bakıda 3 nömrəli marşrut avtobusunda tüstülənmənin səbəbi məlum olub.

Ajans.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə haqda "Baku Bus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

O bildirib ki, bu gün saat 10:35-də Abay Kunanbayev küçəsində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-264 dövlət qeydiyyat nişanlı avtobusda hava şəraitinin isti keçməsi ilə əlaqədar nəqliyyat vasitəsinin arxa hissəsində, mühərrik bölməsində yerləşən yanğınsöndürmə balonu qızıb və avtomatik yanğınsöndürmə sistemi işə düşüb:

"Sərnişinlər operativ olaraq avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib".

Mövzular:
"Baku Bus" MMC 3 nömrəli marşrut Tüstülənmə

Digər Xəbərlər