Reklam resmi
Reklam resmi

Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb

Bilgəhdə dənizdə batan gəncin meyiti tapılıb
Hadisə

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.

Bu barədə Ajans.az-a Fövqalədə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 10 avqust 2025-ci il tarixində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Tapdıqov Cavid İlqar oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mövzular:
FHN Bilgəh qəsəbəsi Meyit Dəniz

Digər Xəbərlər