Reklam resmi
Reklam resmi

Körpəyə ölümcül dozada maqnezium vuran həkimlərə həbs cəzası verilib

Körpəyə ölümcül dozada maqnezium vuran həkimlərə həbs cəzası verilib
Dünya

Moskva Vilayət Məhkəməsi Kalininqradın 4 saylı Doğum Evində körpəyə ölümcül dozada maqnezium yeritməkdə təqsirli bilinən həkimlər Yelena Belaya (Tatur) və Elina Suşkeviçə hökm çıxarıb. Belaya 9,5 il, anestezioloq-reanimatoloq Suşkeviç isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki məhkum 3 il müddətinə həkimlik hüququndan məhrum edilib.

Ajans.az Lenta.ru-ya istinadən xəbər verir ki,məhkəmə həmçinin hər iki şəxsə bir milyon rubl məbləğində mənəvi zərər üçün kompensasiya ödəməyi əmr edib.

İstintaq materiallarına görə, 2018-ci ilin payızında doğum evinin həkimləri statistikanı saxtalaşdırmaq məqsədilə vaxtından əvvəl doğulan körpəyə ölümcül dozada maqnezium vurublar.

Bu qərar münsiflər heyətinin təqsirli hökmü əsasında verilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Moskva Vilayət Məhkəməs Rusiya

Digər Xəbərlər