Reklam resmi
Reklam resmi

Qaynını və onun arvadını QƏTLƏ YETİRDİ

Qaynını və onun arvadını QƏTLƏ YETİRDİ
Kriminal

Qusar rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən insident olub.

 Ajans.az Reporta istinadən xəbər verir ki, Qusar rayon sakini, 67 yaşlı Vəkil Saday oğlu Əlibəyov qaynı, 57 yaşlı Şirin Şəmsəddin oğlu Ömərovu balta ilə qətlə yetirib.

Daha sonra isə o, qaynının həyat yoldaşı - 49 yaşlı Şəlalə Ömərovaya xəsarət yetirib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən V.Əlibəyov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Qusar rayonu Qayın Yoldaş Ölüm

Digər Xəbərlər