Reklam resmi
Reklam resmi

Dünən Günəşdə qeyri-adi partlayış OLUB

Dünən Günəşdə qeyri-adi partlayış OLUB
Hadisə

Avqustun 10-da Günəşdə qeyri-adi partlayış baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın E.K.Fyodorov adına Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, partlayış 13 dəqiqə davam edib.

Alimlərin sözlərinə görə, partlayışdan sonra radiasiya bir saatdan çox müddət ərzində yüksək səviyyədə qalıb.

Qeyri-adi plazma emissiyası Günəş diskinin kənarına yaxın yerdə baş verib. Alimlər qeyd edirlər ki, ya bu emissiya fövqəladə böyük olub, ya da Günəşin müxtəlif yerlərində iki partlayış üst-üstə düşüb və belə bir mənzərə yaradıb.

Mövzular:
Günəş partlayış  güclü maqnit qasırğası

Digər Xəbərlər