Reklam resmi
Reklam resmi

Türkiyə Prezidenti Ərdoğandan zəlzələ ilə bağlı AÇIQLAMA

Türkiyə Prezidenti Ərdoğandan zəlzələ ilə bağlı AÇIQLAMA
Hadisə

Türkiyədə baş verən güclü zəlzələ ilə əlaqədar olaraq bütün müvafiq qurumlar hərəkətə keçiblər.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb.

"Balıkəsirdə baş verən və ətraf illərimizdə də hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza başsağlığı verirəm.

Əvvəldən bütün aidiyyatı qurumlarımız hərəkətə keçib və lazımi addımlar atır. Biz vəziyyəti diqqətlə izləyirik.

Allah ölkəmizi bütün bəlalardan qorusun", - Ərdoğan qeyd edib.

Qeyd edək ki, Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb. Təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Verilən məlumatlara görə, Balıkesirdə baş verən güclü zəlzələ İstanbul da daxil olmaqla bir çox vilayətdə hiss olunub.

Balıkesir Sındırgı Bələdiyyə Başçısı Serkan Sak, "Bölgəmizdə 10 binada dağıntılar baş verib. Uçmuş binada 6 nəfər yaşayırdı. Onlardan 4-nü xilas etmişik, daha 2 nəfəri də xilas etməyə çalışırıq" dedi.

Ajans.az hadisə yerindən olan şəkilləri sizlərə təqdim edir:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
Zəlzələ AFAD Türkiyə Balıkəsir Prezident açıqlama

Digər Xəbərlər