Deputat Aydın Hüseynovun dili topuq vurdu: “Zəngəzur dəhlizi səmərəsiz ərazidir” - VİDEO
Milli Məclisin deputatı Aydın Hüseynov Real TV-nin canlı efirində Vaşinqtonda keçirilən Sülh sammiti və Zəngəzur dəhlizi barədə fikirlərini bölüşüb. Lakin çıxış zamanı millət vəkilinin bir neçə dəfə rabitəsiz cümlələr işlətməsi və fikirlərini ardıcıl ifadə edə bilməməsi diqqətdən yayınmayıb.
Sözügedən çıxışın görüntüləri və dialoqun tam mətni təqdim edirik:
Deputat: “Bu Rusiyanın, regionda konkret olaraq Ermənistandakı təsir dairəsinin, konkret təsiri altında olduğu bir dövrdə biz nə gördük? Orada müharibə gördük, təhdidlər gördük. Eyni zamanda, bütövlükdə dünya iqtisadiyyatının əsas seqmentlərindən biri olan Zəngəzur dəhlizinin,(indən sonrakı fəaliyyətə başlayacaq) bu sahənin səmərəsiz bir ərazi olduğunu gördük. Eləcə də digər cənub qonşumuz da…
Aparıcı müdaxilə edir: Əgər siz demişkən, səmərəsiz olsaydı ABŞ buna bu dərəcədə… Onların düşüncəsi ilə desək…
Deputat: Yox, üzr istəyirəm. Ayrı fikrə gəlirəm. Əslində vacib bir sahəni Rusiyanın nəzarət altında, təsiri altında olduğu kənarda qalmışdı. Yeni, səmərəli, faydalı dünya iqtisadiyyatında əsas oynayacaq bir seqment inteqrasiya olunmamışdı.
-Maraqlar var idi
Ajans.az həmin görüntüləri sizlərə təqdim edir:
Bu gönderiyi Instagram'da gör