Murad Musayev Rusiyada yeni rekorda İMZA ATDI
“Sabah”ın sabiq baş məşqçisi, “Krasnodar”ın baş məşqçisi Murad Musayev Rusiya Premyer Liqasında (RPL) yeni rekorda imza atıb
Ajans.az xəbər verir ki, bu barədə “sport24.ru” məlumat yayıb.
Məlumata görə, 43 yaşlı mütəxəssisin komandası bu uğura IV turda “Orenburq” üzərində 1:0 hesablı qələbə qazanaraq nail olub.
“Krasnodar” Rusiya çempionatlarında heç-heçəsiz oyunlar seriyasını 15-ə çatdırıb. Bu göstərici isə klub tarixində bir ilkdir.
Komanda sonuncu dəfə RPL-də 2025-ci il martın 1-də evdə “Krylya Sovetov”la 1:1 hesablı heç-heçə edib. Həmin vaxtdan bəri “Krasnodar” çempionatda 12 qələbə qazanıb, 3 dəfə məğlub olub.
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına qədər Azərbaycan Premyer Liqası “Sabah”ın baş məşqçisi işləyib.
Mövzular: