Reklam resmi
Reklam resmi

Tbilisi İdman Sarayının yaxınlığında yanğın oldu

Tbilisi İdman Sarayının yaxınlığında yanğın oldu
Hadisə

Tbilisidə İdman Sarayını əhatə edən ərazidəki binaların birində güclü yanğın baş verib.

Ajans.az xəbər verir ki, yanğın baş verən binadan insanlar təxliyə olunublar.

Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yanğın binanın bölmələrindən birində baş verib. Nazirliyinin yanğınsöndürmə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Mövzular:
İdman Sarayı Yanğın Tbilisi

Digər Xəbərlər