Reklam resmi
Reklam resmi

Balakəndə xəstəxanasının həyətində yanğın olub

Balakəndə xəstəxanasının həyətində yanğın olub
Hadisə

Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) hazırda fəaliyyət göstərməyən inzibati binasının həyətində yanğın olub.

Ajans.az APA-ya istinadən xəbər verir ki, Balakəndə yerləşən Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) hazırda fəaliyyət göstərməyən inzibati binasının həyətində yanğın olub.

Yanğının genişlənərək inzibati binalara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində keçmiş xəstəxananın həyətyanı sahəsində 3 hektar ərazidə kol-kos və quru ot yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Balakənd yanğın

Digər Xəbərlər