Bakıda FACİƏ: usta hündürlükdən yıxılıb öldü
Bakıda usta faciəvi şəkildə ölüb.
Ajans.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Nardaran qəsəbəsində qeydə alınıb.
58 yaşlı Şərifov Rabil Sabir oğlu usta işlədiyi binanın 7-ci mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Araşdırma aparılır.
Mövzular: