Prezident İlham Əliyev Ağ Evdə Azərbaycan mətbuatına MÜSAHİBƏ VERDİ
Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycan kütləvi informasiya vasitələrinə müsahibə verib.
Ajans.az xəbər verir ki, dövlət başçısı avqustun 8-da Vaşinqtonda ABŞ Prezident Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə dair jurnalistlərin sualları cavablandırıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və ABŞ münasibətlərində yeni səhifə açılır.Prezident qedy edib ki, "907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir".
"Mən ABŞ-yə səfərimin nəticələrini yüksək qiymətləndirəm. Prezident Trampın dəvəti ilə ABŞ-də işgüzar səfərdə olmağın Azərbaycan-ABŞ münasibətləri üçün öməmli mərhələdir. İki ölkə arasında yeni səhifə açılır. Bu, əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsidir",- deyə ölkə başçısı deyib.
"Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün işçi qrupu yaradılmışdır. Bu sənədin böyük əhəmiyyəti var".
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar.