Azərbaycan nümayəndə heyəti Ağ Evə YOLA DÜŞDÜ
Prezident İlham Əliyevi Vaşinqton danışıqlarında müşayiət edən Azərbaycan nümayəndə heyəti Ağ Evə yola düşüb.
Ajans.az xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, xarici işlər naziri Ceyhun Bayramov, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov və Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimli və başqaları daxildir.
Mövzular: