Reklam resmi
Reklam resmi

Yevlaxda ağır yol qəzası: Üç nəfər öldü

Yevlaxda ağır yol qəzası: Üç nəfər öldü
Hadisə

Yevlax rayonunda ağır zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, qəza Xaldan–Şəki avtomobil yolunun Əkşəm kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə “VAZ 2106”, “Mercedes” və “Qazel” markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verib. İlkin məlumata görə, “Mercedes”də olan bir qadın hadisə yerində dünyasını dəyişib. Daha iki yaralının da xəstəxanada həyatını itirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Yevlax Qəza Yol-nəqliyyat Hadisə Xaldan–Şəki yolu

Digər Xəbərlər