"Araz-Naxçıvan" "Omoniya"ya MƏĞLUB OLDU
"Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
Ajans.az xəbər verir ki, "Dalğa Arena"da təşkil olunan görüşdə Naxçıvan təmsilçisi böyükhesabla məğlub olub - 0:4.
Çexiyalı baş hakim Andrjey Berkanın idarə etdiyi oyunda Loizos Loizu (13, 22), Evandro (55) və Stefan Yovetiç (58) fərqləniblər.
Komandalar arasında cavab oyunu avqustun 14-də Nikosiyada keçiriləcək.
Mövzular: