Reklam resmi
Reklam resmi

Qalada ağır QƏZA: ÖLƏN VƏ YARALANANLAR VAR

Qalada ağır QƏZA: ÖLƏN VƏ YARALANANLAR VAR
Hadisə

Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən məlumat bildirilib.

Məlumata görə, avqustun 6-da saat 17:30-da paytaxtın Xəzər rayonunun Qala qəsəbəsi ərazisində "Ford" və "Range Rover" markalı avtomobillər toqquşub.

Nəticədə, "Ford" markalı avtomobilin sərnişini 1994-cü il təvəllüdlü Ləman Elçin qızı Göyüşlü hadisə yerində ölüb, 4 nəfər isə xəsarət alıb.

Araşdırma aparılır.

Mövzular:
qəza avtomobil nəfər yaralı ölüm Bakı Qala

Digər Xəbərlər