Qaydaları kobud şəkildə pozan sürücü SAXLANILDI
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-patrul xidməti əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı “Volkswagen” markalı avtomobili idarə edən sürücü E.Məmmədov qaydaları kobud şəkildə pozduğu üçün ona “saxla” işarəsi verilib.
Ajans.az Unikal-a istinadən xəbər verir ki, hadisə barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən məlumat yayılıb.
Qurumdan bildirilib ki, sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib.
Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.
E.Məmmədov barəsində inzibati protokol tərtib edilib.
Mövzular: