Reklam resmi
Reklam resmi

Kafedə 34 yaşlı kişi bıçaqlandı

Kafedə 34 yaşlı kişi bıçaqlandı
Hadisə

Oğuzda kafedə bıçaqlanma hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, 39 yaşlı Sahil Məhərrəmov aralarında yaranmış mübahisə zamanı tanışı, 34 yaşlı Cavid Əhmədova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.

Mövzular:
Oğuz Kafe Bıçaqlanma

Digər Xəbərlər