Reklam resmi
Reklam resmi

Kiyevə hücum zamanı Azərbaycan Evinə ziyan dəyib

Kiyevə hücum zamanı Azərbaycan Evinə ziyan dəyib
Hadisə

Rusiya ordusunun Kiyevə genişmiqyaslı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.

Ajans.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov AZƏRTAC-a açıqlamasında bildirib ki, binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.

Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

Mövzular:
Kiyev Azərbaycan evi Ziyan

Digər Xəbərlər