Mübahisə davaya çevrildi, iki nəfər XƏSARƏT ALDI
Gəncədə iki nəfərin kəsici alətlə xəsarət yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə keçmiş "Metallurq" İdman Kompleksinin həyətində qeydə alınıb.
İlkin məlumata görə, tanışlar arasında baş verən mübahisə davaya çevrilib.
Nəticədə 1985-ci il təvəllüdlü Mirkazım Abbasov və 1976-cı il təvəllüdlü Namiq Əliyev kəsici alətlərlə yetirilən xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hazırda onların müalicəsi davam etdirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparır.
Mövzular: