Reklam resmi
Reklam resmi

Hikmət Hacıyev Ukrayna səfiri ilə GÖRÜŞÜB

Hikmət Hacıyev Ukrayna səfiri ilə GÖRÜŞÜB
Siyasət

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev arasında görüş olub.

Ajans.az Apa-ya istinadən xəbər verir ki, bununla bağlı səfir Yuri Husyev özünün X hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. Ölkələrimiz arasında strateji əməkdaşlığı dərinləşdirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukrayna ilə həmrəyliyi və davamlı dəstəyi üçün minnətdaram”, - deyə səfir qeyd edib.

Mövzular:
Azərbaycan Prezidenti köməkçisi Hikmət Hacıyev Ukrayna Yuri Husyev

Digər Xəbərlər