Tarixi transfer: Viktor Osimhen “Qalatasaray” üçün İstanbula GƏLDİ
"Qalatasaray"ın anlaşdığı nigeriyalı ulduz futbolçu Viktor Osimhenin olduğu təyyarə Atatürk Hava Limanına enib.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki, nigeriyalı forvardı daşıyan təyyarə artıq İstanbula eniş edib.
Qeyd edək ki, hazırda hava limanında futbolçunun gəlişi ilə bağlı izdiham yaşanır. Qalatasaray azarkeşləri Osimheni Atatürk Hava Limanı Baş Aviasiya Terminalı qarşısında gözləyir.
Viktor Osimhen ailəsi ilə birlikdə İstanbula "Qalatasaray"ın forması ilə düşüb. Osimhen "Hal-hazırda hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Çox həyəcanlıyam. Sevdiyim yerimə qayıtdım" deyib.
Mövzular: