Reklam resmi
Reklam resmi

Yevlaxda avtomobil aşdı - Xəsarət alanlar var

Yevlaxda avtomobil aşdı - Xəsarət alanlar var
Hadisə

Yevlaxın Xaldan qəsəbəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadiəsi nəticəsində bir ailənin üzvləri xəsarət alıblar.

 Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı 1 kişi, 5 qadın və 2 yaşlı oğlan uşağı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzaya düşən şəxslərin hamısının eyni ailənin üzvləri və yaxınları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Yevlax Xaldan qəsəbəsi Qəza Mersedes

Digər Xəbərlər