Reklam resmi
Reklam resmi

Kürdəmirdə avtomobil 10 yaşlı piyadanı vurub

Kürdəmirdə avtomobil 10 yaşlı piyadanı vurub
Hadisə

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var.

Ajans.az  Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün rayon ərazisində baş verib.

Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü Mansur Maqsud oğlu Pənahov idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə piyada, 2015-ci il təvəllüdlü Rəvan Baxşəliyevi vurub.

Zərərçəkən müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Həkimlər R. Baxşəliyevin vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Mövzular:
Kürdəmir Yol-nəqliyyat Hadisə

Digər Xəbərlər