Reklam resmi
Reklam resmi

Çimərlikdə avtoşluq etdi, həbs olundu

Çimərlikdə avtoşluq etdi, həbs olundu
Hadisə

Lənkəranda çimərlik ərazisində avtoxuliqanlıq edən şəxs həbs edilib.

Ajans.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları çimərlikdə avtoxuliqanlıq hərəkətləri edərək vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan VAZ-21074 markalı avtomobilin sürücüsü 27 yaşlı Samik Mustafayevi saxlayıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Mustafayev sürücülük hüququ 1 il məhdudlaşdırılıb və o, 20 gün müddətində inzibati qaydada həbs edilib.

Mövzular:
Lənkəran Çimərlik Həbs

Digər Xəbərlər