Avtomobil ağaca çırpıldı, XƏSARƏT ALAN VAR
Göyçay rayonunda yol qəzası baş verib.
Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub, 1971-ci il təvəllüdlü şəxsə müştərək travma, sol bud nahiyyəsinin açıq sınığı, üz nahiyəsinin çoxsaylı cırılmış yaraları diaqnozu təyin olunub.