65 yaşlı fəhlə faciəvi şəkildə öldü
Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Ajans.az xəbər verir ki, hadisə iyulun 26-sı saat 18 radələrində Rəsulzadə qəsəbəsində tikilən çoxmərtəbəli binada qeydə alınıb.
Tikintidə fəhlə işləyən Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Mahmudov Çingiz Mustafa oğlu hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Mövzular: