Reklam resmi
Reklam resmi

Bakıda DƏHŞƏTLİ HADİSƏ-Məsciddə yatdığı yerdə ÖLDÜRÜLDÜ

Bakıda DƏHŞƏTLİ HADİSƏ-Məsciddə yatdığı yerdə ÖLDÜRÜLDÜ
Hadisə

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Ajans.az  Unikal-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində, iyulun 26-da, saat 16 radələrində baş verib.

Ərazidə yaşayan sakinlər bildiriblər ki, qətlə yetirilən şəxs qəsəbədə nüfuzlu insan olub.

1990-cı il təvəllüdlü Nadir Səfər oğlu Səfərov həmin gün namazını qıldıqdan sonra elə məsciddə dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda yatıb. O, yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Elşad oğlu Məmmədovu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Mövzular:
Bakı Hadisə Məscid Suraxanı rayonu

Digər Xəbərlər