Reklam resmi
Reklam resmi

İbrahim Tatlısesin qızı SAXLANILDI

İbrahim Tatlısesin qızı SAXLANILDI
Şou Biznes

Məşhur türkiyəli müğənni, İbrahim Tatlısəsin qızı, Dilan Çıtak Muğlanın Bodrum rayonunda saxlanılıb.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur müğənninin qızı həbs edilib. 

Məlumata görə, müğənni polis əməkdaşının "dayan" xəbərdarlığına məhəl qoymayıb və avtomobilini onun üzərinə sürüb.

Bu zaman polis havaya xəbərdarlıq atəşi açılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, sənətçi əvvəlcə maşından düşməkdən imtina edib.

Dilan Çıtak Tatlıses barəsində “yol hərəkətini təhlükəyə atmaq”, “dayan xəbərdarlığına tabe olmamaq” və “dövlət qulluqçusuna müqavimət göstərmək” maddələri ilə cinayət işi açılıb. Onun polis idarəsindəki istintaq prosesi davam edir.

Ajans.az hadisə yerindən olan video görüntünü sizlərə təqdim edir:

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
İbrahim Tatlıses Dilan Çıtak ata qız polis atəş həbs

Digər Xəbərlər