Reklam resmi
Reklam resmi

Kanalda boğulan gəncin meyiti tapılıb

Kanalda boğulan gəncin meyiti tapılıb
Hadisə

Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyiti tapılıb.

Ajans.az xəbər verir ki, hadisə ötən gün rayonun Qaragüney kəndi ərazisində baş verib.

Belə ki, Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlu su kanalında boğulub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda, bu gün saat 16 radələrində tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Sabirabad Fövqəladə Hallar Nazirliyi Qaragüney kəndi Gəmilərə Nəzarət

Digər Xəbərlər