52 yaşlı qadını maşın vurdu
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 1973-cü il təvəllüdlü Kəmalə Musayevanı maşın vurub.
Qadın müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Mövzular: