Ajans.az xəbər verir ki, ötən gün Ağdam rayon Gülablı kəndində baş verən yanğın Xocavənd rayonun da ərazilərinə yayılıb.

Havanın küləkli olması yanğınsöndürənlərin işini çətinləşdirdiyi üçün əlavə köməyə ehtiyac yaranıb. 

Məlumat üçün qeyd edək ki, hazırda Ağdərə rayon Umudlu kəndi istiqamətində kolluq və quru ot massivində də yanğınlar başlayıb.

FHN-nin yanğınsöndürənləri yanğınla mübarizə tədbirlərini davam etdirirlər.