Bakıda içkili sürücü qəzaya SƏBƏB OLDU
Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az APA-ya istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən 77 GT 208 dövlət qeydiyyat nişanlı "Mini Cooper" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, onunla eyni istiqamətdə hərəkət edən 90 LF 135 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə çırpılıb.
Araşdırmalar zamanı "Mini Cooper" sürücüsünün içkili vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: