Ucarda dəhşətli qəza- xəsarət alanlar var
Ucarda yol qəzası olub.
Ajans.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən kecən hissəsində baş verib. "Mercedes Sprinter"lə "Mercedes Vito"nun toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına catdırılıb.
Ucarda baş verən yol qəzasında 11 nəfər xəsarət alıb. Qəzada xəsarət alanların 1962-ci il təvəllüdlü Cəmilə İbrahimova, 1988-ci il təvəllüdlü Rauf İmanov, 2024-cü il təvəllüdlü Əsra İmanova, 2022-ci il təvəllüdlü Leyla İmanova, 1994-cü il təvəllüdlü Zərnigar İmanova, 1987-ci il təvəllüdlü Pərvanə Məhərrəmova, 1992-ci il təvəllüdlü İsmət İbrahimli, 1992-ci il təvəllüdlü Aybəniz Abdullayeva və 1986-cı il təvəllüdlü Əlövsət Məhərrəmov olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.