Reklam resmi
Reklam resmi

Tələbələrinə nalayiq hərəkətlər edən məşqçiyə AĞIR CƏZA

Tələbələrinə nalayiq hərəkətlər edən məşqçiyə AĞIR CƏZA
Kriminal

Saratov məhkəməsi keçmiş idman məşqçisini tələbələrə nalayiq hərəkətlər etdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edib.

Ajans.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin (İK) Saratov vilayəti üzrə istintaq idarəsindən məlumat verilib.

Məhkəmənin müəyyən etdiyi kimi, müttəhim 2021-ci ilin dekabrından 2023-cü ilin martına qədər idman təhsili müəssisəsində məşqçi və müəllim işləyib. O, tələbələrinə qarşı sistematik olaraq pozğun hərəkətlər edib. Hadisə tələbələrdən birinin məşqçinin azğın hərəkətlərini valideynlərinə deməsindən sonra aşkara çıxıb. Onlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Müəllim Rusiya Federasiyası Cinayət Məcəlləsinin 135-ci maddəsinin 3-cü hissəsi (“İki və ya daha çox şəxsə qarşı nalayiq hərəkətlər etmək”) ilə təqsirli bilinib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Məhkəmə Məşqçi

Digər Xəbərlər