Reklam resmi
Reklam resmi

Balakəndə Əməliyyat- Saxlanılan var

Balakəndə Əməliyyat- Saxlanılan var
Kriminal

Balakəndə kafedə quldurluq edən şəxs tutulub

Ajans.az xəbər verir ki, Balakən rayonunda yerləşən obyektlərin birində gecə saatlarında quldurluq hadisəsi qeydə alınıb. Kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələb edib və verməyəcəyi təqdirdə onu ölümlə hədələyib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə təqsirli bilinən 29 yaşlı Ramazan Ramazanov müəyyən olunaraq saxlanılıb.  Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Ramazanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mövzular:
Balakən Əməliyyat Quldurluq

Digər Xəbərlər