Minik avtomobili AŞDI - YARALANANLAR VAR
Daşkəsən rayonunda "VAZ 2107" markalı avtomobilin aşması nəticəsində iki nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki, qəza zamanı 2004-cü il təvəllüdlü Vüqar Hüseynov və avtomobildə olan daha bir nəfər - 17 yaşlı Kamil Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılara tibbi yardım göstərilib, vəziyyəri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Mövzular: