Reklam resmi
Reklam resmi

Goranboyda AĞIR YOL QƏZASI - Xəsarət alanlar var

Goranboyda AĞIR YOL QƏZASI - Xəsarət alanlar var
Hadisə

Goranboy rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib.

Bakı şəhərinə hərəkət edən "Mercedes" markalı avtomobilin maneəyə çırpılması nəticəsində Sumqayıt şəhər sakinləri 1979-cu il təvəllüdlü Şöhrət Əliyev və onun bacısı 1973- cü il təvəllüdlü Maya Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ş.Əliyevin vəziyyəti daha ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Mövzular:
Goranboy yol-nəqliyyat hadisəsi Dəliməmmədli

Digər Xəbərlər