İsti hava sürücünün huşunu itirməsi ilə NƏTİCƏLƏNDİ
Goranboy rayonunun Tatarlı kəndi ərazisində avtomobil aşıb.
Ajans.az xəbər verir ki, hadisə Ağcakənd yolunda baş verib.
Qəza zamanı avtomobildə olan sürücü istidən idarəetməni itirib. Nəticədə maşın yol kənarına aşıb. Maşında sürücüdən başqa, bir sərnişin də olub.
Qəzaya səbəb sürücünün-Qaraçinar kənd sakininin, istidən huşunu itirməsi olub.
Xəsarət alan olmayıb.


Mövzular: